Çin hökuməti iyunadək ölkə əhalisinin 40 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib.

Çin hökuməti iyunadək ölkə əhalisinin 40 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib.

İnfoNews AZƏRTAC-a istinadən bildiri ki, Çinin səlahiyyətli qurumlarının açıqlamasına istinadla xəbər verir ki, bu, ölkədə əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası proqramının fevralın sonlarında başlayan ikinci mərhələsinin icrası sayəsində mümkün olacaq. Proqrama uyğun olaraq, ilk mərhələdə tibb işçilərinə, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və digər şəxslərə peyvənd vurulub. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunublar.

Könüllülük prinsipi əsasında aparılan ikinci mərhələ vaksinasiya prosesinin icrası üçün yaşayış zonalarında səyyar məntəqələr quraşdırılıb. Məntəqələrdə gözləmə, müayinə, qeydiyyat, peyvəndləmə və müşahidə otaqları fəaliyyət göstərir. Hər məntəqədə gündə orta hesabla 20 min nəfər peyvəndlənir. Peyvənd olunmaq istəyən 19-59 yaşlarındakı sakinlər əvvəlcədən “Wechat” sosial şəbəkəsi vasitəsilə qeydiyyatdan keçməli və növbəyə yazılmalıdırlar.

Qeyd edək ki, Çində COVID-19 virusu əleyhinə dekabrda başlayan vaksinasiya proqramı çərçivəsində indiyədək ölkə əhalisinin 3,56 faizi peyvəndlənib. Vaksinasiyada Çinin “Sinopharm” və “Sinovac” şirkətlərinin peyvəndlərindən istifadə olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir