Ermənistan Səhiyyə Nazirliyi II Qarabağ müharibəsində həlak olmuş 2 996 hərbçinin cəsədinin məhkəmə-tibbi ekspertizasını keçirib.
İnfonews “News.am”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Alina Nikoqosyan bildirib.
“Müharibənin başladığı vaxtdan bu günə qədər cəsədlərin identifikasiyası və tanınması prosesini təşkil etmək üçün ümumiyyətlə qohumlardan 1816 DNT nümunəsi və meyitlərdən 993 DNT nümunəsi götürülüb. 10 dekabr tarixinə qədər 256 qohum nümunəsi və 541 cəsəd nümunəsi tədqiqat mərhələsindədir”, – Niqosyan deyib.
Onun sözlərinə görə, bu günədək 302 meyitin məhkəmə-genetik tədqiqatları identifikasiya edilib. Tədqiqatlar və eyniləşdirmə prosesi davam edir.