Moskvada son sutka ərzində daha 76 nəfər koronavirusdan dünyasını dəyişib.
İnfonews “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 9 798-ə çatıb.
Moskvada ümumilikdə 679 163 nəfər koronavirusa yoluxub, 518 889 pasiyent xəstəliyə qalib gəlib.