İranda yeni pul vahidi təqdim olunub
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
İranda inflyasiyanın artması Mərkəzi Bankı bəzi addımlar atmaq məcburiyyətində qoyub.
Pul kütləsini azaltmaq məqsədilə Mərkəzi Bank 50 min rial nominalında yeni banknotu təqdim edib.
Yeni pul vahidinin üzərində islam inqilabının banisi Ruhulla Xomeynini və XIV əsrdə yaşamış şair hafizin məqbərəsi əks olunub.
Qeyd edək ki, bu pul vahidində sıfırların sayı 6-dan 4-ə qədər azaldılıb.