Evsizlər üçün yataq kapsulları

Evsizlər üçün yataq kapsulları

“İNFONEWS” xəbər verir.

Almaniyanın “Wilhelmsbüro” studiyasının hazırladığı mobil yataq kapsulları qışda evsiz insanların küçədə soyuqdan donmaması üçün nəzərdə tutulub.

Sosial proqram çərçivəsində hazırlanan sözügedən konstruksiyanın zəruri olduğu halda seriya şəklində istehsalı planlaşdırılır.

Kapsulanın konstruksiyası yanğınsöndürmə xidməti, polis, sosial mərkəzlər, tibb müəssisələri və digər müvafiq qurumlarla razılaşdırılıb.

Yataq kapsullarını şəhərin istənilən yerinə çatdırmaq mümkündür. “Evcik” manipulyator vasitəsilə bir neçə dəqiqə ərzində quraşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir