Küləklərin çoxalacağı ilə bağlı Coğrafiya İnstitutundan açıqlama
“İNFONEWS” xəbər verir.
Bakıda küləklərin getdikcə çoxalması dünyada baş verən qlobal iqlim dəyişmələri ilə əlaqədardır.
Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Alim bu təbiət hadisəsinin getdikcə daha da artacağını və onların həm tezliyinin, həm də amplitudunun (gücünün) artmasının gözlənilən olduğunu vurğulayıb.
Akademik deyib ki, küləyin fəsadları təkcə evlərin dam örtüklərinin uçması, ağacların aşması kimi hallarda özünü göstərmir, bu fəsadlar açıq dənizdə gəmilərin hərəkətində, neftçilərin fəaliyyətində, tikintidə daha kəskin şəkildə büruzə verir. Xalq arasında “qara yel” deyilən güclü külək əkin sahələrində bitkilərin məhvinə də səbəb ola bilər:
“Küləyin fəsadlarına adaptasiya olunmaq lazımdır. İnsanlar belə hadisələrin istənilən an baş verə biləcəyini nəzərə almalı, həmişə hazırlıqlı olmalıdırlar” .