Qarabağa qayıdışla bağlı keçirilən sorğuda 30 min köçkün iştirak edib
“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.
Məcburi köçkünlər arasında qayıdış haqqında onlayn sorğuda artıq 30 min şəxs iştirak edib.
Bu barədə məcburi köçkünlərin Qarabağda məskunlaşdırılması ilə bağlı aparılan tədqiqat işinin yerinə yetirilməsi ilə əlaqədar ADA Universitetinin nəzdində yaradılmış qrupun üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev deyib.
Onun sözlərinə görə, hədəf 100 min insanın sorğuda iştirakıdır:
“Artıq ötən ayın 22-dən etibarən əhali arasında sorğuya start verilib, bu günə qədər 30 min şəxs sorğudan keçib və proses hazırda davam edir. Bizim hədəfimiz sorğunun 100 min qaçqın və məcburi köçkünü əhatə etməsidir. Bu qədər əhali öz mövqeyini bildirərsə, sözsüz ki, bu barədə tədqiqat qrupu tərəfindən müvafiq proqnozlar, layihələr hazırlanıb aidiyyəti qurumlara təqdim olunacaq. Eyni zamanda, üzbəüz sorğunun da keçirilməsi planlaşdırılır. Bu sorğu isə daha kiçik çərçivədə, təsadüfi seçilmiş, təqribən 1100 ailəni əhatə edəcək”.