İNFONEWS Trend-ə istinadən
Yeni növ koronavirusa qarşı vaksinlərlə bağlı dünya üzrə vəziyyət ümidvericidir.
Trend-in məlumatına görə, bunu Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib: “Bilirsiniz ki, Azərbaycan hökuməti də bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır və qısa zamanda peyvəndin gətirilməsinə başlanacaq”
O qeyd edib ki, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir: “Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq “işıq görünür”. Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman ala bilər. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir”.