Moskvada son sutka ərzində daha 72 nəfər koronavirusdan dünyasını dəyişib.
“İNFONEWS“ TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 9 870-ə çatıb.
Moskvada ümumilikdə 685,8 minə yaxın insan koronavirusa yoluxub, 524,8 minə yaxın pasiyent xəstəliyə qalib gəlib.