Paşinyanın Ermənistanın müharibə itkilərini gizlətdiyi üzə çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı ölkənin həlak olan hərbçilərinin rəsmi sayı ilə bağlı açıqlaması hökumət tərəfindən daha əvvəl elan edilmiş rəqəmlərlə açıq-aydın uyğun deyil.

“İNFONEWS” “Report”a istinadən xəbər verir ki, bununla bağlı faktları “Yerkirmedia.am” üzə çıxarıb.

Qeyd edək ki, baş nazir ötən gün müharibədə 3 250 nəfərin həlak olduğunun rəsmən təsdiqləndiyini, daha 189 valideynin DNT analizi nümunələri verdiyini və cavab gözlədiyini bildirib.

Lakin hələ fevralın 13-də Ermənistanın Səhiyyə Nazirliyi elan edib ki, (məhkəmə-tibbi ekspertizasına aid olanlar – red.) qeydə alınmış müharibə qurbanların sayı artıq 3 577 nəfər təşkil edir və 428 meyitdən götürülən DNT nümunələri ekspertizadan keçirilir. Səhiyyə naziri Anait Avanesyan isə öz növbəsində bildirib ki, həlak olmuş hərbi qulluqçuların çoxsaylı meyitləri Metsamor meyitxanasının yaxınlığında yerləşən “Spayk” şirkətinin soyuducularında saxlanılır.

“Əlavə etmək lazımdır ki, hər gün aparılan axtarış əməliyyatları nəticəsində indiyə qədər onlarla meyit aşkarlanıb”, – “Yerkirmedia.am” qeyd edib.

“Fevralın 13-nə olan məlumata əsasən, Ermənistan tərəfindən (məhkəmə-tibbi ekspertizasına aid olanlar) qeydə alınmış qurbanların miqdarı 3 577 nəfər təşkil edir. 428 meyitin DNT nümunələri tədqiq edilir, bu rəqəm də Səhiyyə Nazirliyi tərəfindən dərc edilmiş 3 577 itki siyahısına daxildir.

Yeri gəlmişkən, hələ 20 yanvarda Paşinyanın iştirakı ilə Milli Məclisin iclasında baş nazirin müavini Tiqran Avinyan elan edib ki, hazırda 3 439 nəfərin həlak olduğu təsdiqlənib. Yanvardan ötən 2 ay ərzində aparılan axtarış əməliyyatları nəticəsində hər gün yeni meyitlər tapılır”, – mətbu orqan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir