Sabahdan Milli Məclis deputatlarının koronavirusa (COVİD-19) qarşı vaksinasiyasının ikinci mərhələsi başlayacaq.
“İNFONEWS” xəbər verir ki, peyvəndin ikinci dozası birinci dozadan 28 gün keçdikdən sonra vurulmalıdır.
Qeyd edək ki, fevralın 22-dən Milli Məclis deputatlarına peyvəndin birinci dozasının vurulmasına başlanılıb.