Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4451 yeni yoluxma faktı qeydə alınıb, 4283 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15059, bu günə qədər isə ümumilikdə 1953303 test nümunəsi götürülüb.