Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universiteti (SPDU) ilə əməkdaşlıq çərçivəsində “Rus dili üzrə qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi” layihəsini həyata keçirməyə başlayır və layihə çərçivəsindəki təlimlərə iştirakçı qəbulu elan edir.
“İNFONEWS” xəbər verir ki, layihə iştirakçılarına qoyulmuş əsas tələblər bunlardır:
Rus dili mütəxəssisi, müəllim və ya yoxlama-ölçmə, qiymətləndirmə işləri ilə məşğul olan təhsil işçisi olmaq;
Rus dili üzrə ən azı B2 səviyyəsində dil bacarığına sahib olmaq (müvafiq sertifikatın olması üstünlükdür);
Təlimlərdə davamlı iştirak etmək imkanı;
DİM ilə əməkdaşlıq etməkdə maraqlı olmaq.
Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.