Azərbaycan Dövlət Pedaqoji Universitetində rektor Cəfər Cəfərovun imzaladığı əmrlə mətbuat işi və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi, informasiya yayımı və axınının koordinasiyasının optimallaşdırılması məqsədilə yeni “mətbuat katibi” ştatı təsis edilib.
“İNFONEWS” “Qafqazinfo”ya istinadən xəbər verirki, Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, ADPU-nun məzunu olan mütəxəssis Cavid Hüseynov universitetin Mətbuat katibi (Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı) vəzifəsinə təyin edilib. O, 2019-cu ildən universitetin “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi və sosial və humanitar məsələlər üzrə prorektor köməkçisi kimi çalışıb.