Yer kürəsi əhalisinin yarıdan çoxu özünü xoşbəxt hiss edir
“İNFONEWS” xəbər verir.
Yer kürəsi əhalisinin yarıdan çoxu (54 faiz) özünü bu və ya digər dərəcədə xoşbəxt hiss edir.
Bu barədə məlumat müstəqil tədqiqat agentlikləri assosiasiyası – “Gallup International” tərəfindən keçirilmiş qlobal “Xoşbəxtlik indeksi”ndə yer alıb. Tədqiqata əsasən, planet əhalisinin 14 faizi özünü bədbəxt sayır, insanların üçdəbiri isə özünü nə xoşbəxtlər, nə də bədbəxtlər kateqoriyasına aid etmir.
Ekspertlər indeksin dinamikasını 2011-ci ildən izləyirlər. Şəxsi həyatlarında baş verən hadisələrlə bağlı ən yüksək xoşbəxtlik səviyyəsi Qırğızıstanda qeydə alınıb. Hesabat dövründə bu ölkədə razı sakinlərin indeksi 85 faiz-bəndədək artıb. Sonrakı yerdə Qazaxıstan (78 faiz-bənd), Kolumbiya və Ekvador (hər biri 77 faiz-bənd) gəlir. Yaponiya, İspaniya, İsveçrə və Hindistan da ən xoşbəxt ölkələr arasında yer alıb.
Sorğunun nəticələrinə əsasən, xoşbəxtlik indeksinin ən aşağı səviyyədə olduğu ölkələr sırasına Şimali Makedoniya, Qana, Honkonq, habelə İraq və Ermənistan daxildir.