Moskvada türk şair və mütəfəkkiri Yunus Əmrənin heykəlinin ucaldılması məsələsi müzakirə olunub
“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.
Moskva Dövlət Dumasının mədəniyyət və kütləvi kommunikasiyalar komissiyası Rusiya paytaxtında türk şair və mütəfəkkiri Yunus Əmrənin heykəlinin ucaldılması təklifini müzakirə edib.
Bu barədə komissiyanın sədri Yevgeni Gerasimov məlumat verib. Onun sözlərinə görə, komissiyanın üzvləri səs çoxluğu ilə türk şair və mütəfəkkirinin heykəlinin ucaldılmasını dəstəkləyiblər.
Yunus Əmrənin heykəli Moskvadakı “Muzeon” İncəsənət Parkında ucaldılacaq. Eyni zamanda, Ankarada ilk kosmonavt Yuri Qaqarinin abidəsinin ucaldılacağı da gözlənilir.