“Saudi Aramco”nun xalis gəliri ötən il iki dəfəyə yaxın azalıb
“İNFONEWS” xəbər verir.
Hasilat və ehtiyatlar üzrə dünyanın ən böyük neft kompaniyası “Saudi Aramco”nun 2020-ci ildə xalis gəliri bir il əvvələ nisbətən 1,8 dəfə azalaraq 88,2 milyard dollara qarşı 49 milyard dollar olub.
Pandemiyanın nəticələri səbəbindən 2020-ci il kompaniyanın tarixində ən mürəkkəb illərdən biri hesab edilir. Bununla belə, “Saudi Aramco” səhmdarlarının dividentlərinə ötən il 75 milyard dollar yönəldib.
Kompaniyanın sərbəst pul axını isə il ərzində 1,6 dəfə azalaraq 49,1 milyard dollara enib.
2020-ci ildə “Saudi Aramco” sutkada orta hesabla 9,2 milyon barel neft hasil edib. Ötən ilin aprelində neft hasilatı tarixi maksimuma yüksələrək sutkada 12,1 milyon barel təşkil etmişdi.