“Bayram idi, gecəquşu oxurdu…”
“İNFONEWS” xəbər verir.
Hər Novruz bayramı böyük ustad Seyid Məhəmmədhüseyn Şəhriyarın Türk aləminin ən sevilən poeziya parçası “Heydərbabaya salam” poemasını dərin sevgi və ehtiramla yad edirik.
Bayram idi gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim, mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Heydərbaba, Mirzəməmmədin bağçası,
Bağçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası,
Hey düzülər gözlərimin rəfində,
Xeymə vurar xatirələr səfində.
Bayram olub qızıl palçıq əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənir anası, qaynanansı..
Bakıçının sözü, sövu, kağızı,
İnəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi,
Qızlar deyər: “Atıl-matıl çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə”.