Çavuşoğludan Novruz təbriki
“İNFONEWS” xəbər verir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Novruz bayramı münasibətilə təbrik paylaşıb.
Çavuşoğlu bu barədə Tvitter hesabında yazıb.
“Baharı müjdələyən Novruz bütün yurdumuza sağlamlıq, əmin-amanlıq, bolluq bəxş etsin. İnsanlıq üçün yaxşı günlərin müjdəçisi olsun”, – XİN rəhbəri bildirib.