Azərbaycanın dünya bazarına çıxardığı “Azeri LT CIF” markalı neftin qiyməti 0,68 ABŞ dolları ucuzlaşıb.
“İNFONEWS” xəbər verir ki, bu gün “Azeri Light” markalı neftin bir barelinin qiyməti 48,05 ABŞ dolları təşkil edib. Bu da neftin qiymətinin 0,68 ABŞ dolları və ya 1,4 % ucuzlaşması deməkdir.
Xatırladaq ki, “Azeri Light” markalı neftin ən ucuz qiyməti 2020-ci il aprel ayının 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 ABŞ dolları) qeydə alınıb.