Bakıda kommunal tipli yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın baş verib.

“İNFONEWS” xəbər verir ki, Fövqəladə Hallar Naziriyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir