Moldovada COVİD-19 virusunun Britaniya ştammı aşkarlanıb.
“İNFONEWS” xəbər verir ki, Moldova Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 23 nəfərdən götürülən analizdən 11-də Britaniya ştammı aşkarlanıb.
Həmin şəxslər Böyük Britaniyadan Moldovaya gələn yerli və xarici vətəndaşlardır. Qeyd edək ki, Moldovada sərt karantin rejimi tətbiq edilir.