Sürücülərin NƏZƏRİNƏ: Bu qadın özünü qəsdən maşının altına atır
Artıq neçənci dəfədir ki, dələduzluqla məşğul olan bəzi şəxslər özünü bilərəkdən hərəkətdə olan maşının qarşısına ataraq sürücüyə problem yaratmağa, bununla da müəyyən qazanc əldə etməyə çalışır.
“İNFONEWS” Unikal.org-a istinadən xəbər verir ki, buna oxşar daha bir “qəza” ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Belə ki, naməlum qadın hərəkətdə olan bahalı maşının qarşısına çatanda özünü bilərəkdən yerə atır. Daha sonra isə ssenarinin digər iştirakçıları yerə yıxılan qadının ətrafına toplaşaraq səs-küy salırlar. Qurama qəzanın iştirakçıları bu üsulla sürücünü şərləməyi hədəfləyirlər.
Sözügedən videonu təqdim edirik: