Rusiya günəbaxan yağı ixracına gömrük rüsumu tətbiq edəcək

Rusiya günəbaxan yağı ixracına gömrük rüsumu tətbiq edəcək

Rusiyanın Gömrük-Tarif Tənzimlənməsi üzrə Alt Komissiyası ölkədən günəbaxan yağının ixracı üçün rüsum tutulmasını təsdiqləyib.

“İNFONEWS” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeni gömrük rüsumu bu il sentyabrın 1-dən gələn il sentyabrın 1-nə qədər tətbiq ediləcək. Onun məbləği ixrac məhsulunun dəyərinin 70 %-i qədər olacaq. Bu zaman məhsulun baza qiyməti ilə indikativ qiyməti arasındakı fərq əsas götürüləcək. Baza qiyməti artıq 1 000 ABŞ dolları məbləğində müəyyən edilib. İndikativ qiymət isə hələ müəyyən edilməyib.

Rusiyanın Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, günəbaxan yağı ixracına gömrük rüsumunun tətbiqi daxili bazarda bu məhsulun qiymətini sabit saxlamağa imkan verəcək.

Xatırladaq ki, bundan əvvəl qonşu ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikov hökumətin sentyabrın 1-dən günəbaxan yağının ixracına rüsum tətbiq edə biləcəyini istisna etməmişdi.

(Report.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir