Süveyş kanalının girişində 321 gəmi keçid növbəsi gözləyir

Süveyş kanalının girişində 321 gəmi keçid növbəsi gözləyir

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində 321 gəmi keçid növbəsi gözləyir.

Bu barədə Misirin Süveyş Kanalı İdarəsinin rəhbəri Osama Rabiyə keçirdiyi mətbuat konfransında məlumat verib.

Jurnalistlərə bildirilib ki, Panama bayrağı altında üzən və 400 metr uzunluğunda olan “Ever Given” yük gəmisinin altından və ətrafından 90 min ton ballast suyu təmizlənib. Misir rəsmisi əlavə edib ki, insidentin əsas səbəbi bir gün əvvəl həmin ərazidə baş verən güclü qum fırtınası nəticəsində kanalın dayazlaşması olub.

Misir Prezidentinin tapşırığına əsasən kanalın açılması işlərinə nəzarət edən Baş nazir Mustafa Mədbuli yardım təklif edən ölkələrə təşəkkür edərək bildirib ki, təmizləmə işləri uğurla davam etdirilir. Burada artıq 14 yedək gəmisi “Ever Given”in tezliklə yola salınması üçün əsas işləri görür. Bununla belə, Misir rəsmisi Süveyş kanalının açılacağı dəqiq tarixi söyləməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir