Bədii gimnastlarımız Bolqarıstanda keçirilən Olimpiadaya təsnifat xarakterli Dünya Kubokunda uğurla çıxış edib

Bədii gimnastlarımız Bolqarıstanda keçirilən Olimpiadaya təsnifat xarakterli Dünya Kubokunda uğurla çıxış edib

“İNFONEWS” xəbər verir.

Bu gün bədii gimnastlarımız əhval-ruhiyyəmizə yenidən bayram sevinci qatıb.

Avropa Çempionatının çoxnövçülükdə gümüş medalçıları olan qrup hərəkətləri komandamız Bolqarıstanın Sofiya şəhərində keçirilən Olimpiadaya təsnifat xarakterli Dünya Kubokunda da bu uğuru təkrarlayıblar.

Çoxnövçülük yarışlarında layiqli çıxış edərək Zeynəb Hümmətova, Darya Sorokina, Məryəm Səfərova, Ləman Əlimuradova və Yelizaveta Luzandan ibarət komandamız fəxri kürsünün 2-ci pilləsinə yüksəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir