Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4273 yeni yoluxma faktı qeydə alınıb, 4164 nəfər sağalaraq evə buraxılıb.
“İNFONEWS” xəbər verir ki, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.
Qeyd edək ki, indiyədək ölkəmizdə ümumilikdə 183259 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 119005 nəfər müalicə olunaraq sağalıb, 2007 nəfər vəfat edib, aktiv xəstə sayı 62247 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17231, bu günə qədər isə ümumilikdə 1980579 test nümunəsi götürülüb.