Azərbaycanda COVİD-19 virusuna qarşı vaksinasiya ilk öncə ən yüksək risk qrupuna daxil olan insanlar arasında aparılacaq.
“İNFONEWS” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.
R.Bayramlı bildirib ki, risk qruplarına birinci səhiyyə işçiləri, ikinci olaraq isə 65 yaşdan yuxarı insanlar daxildir. O qeyd edib ki, dünyada bu təcrübədən istifadə olunur və böyük ehtimalla Azərbaycanda da bu təcrübə nəzərə alınacaq.