Lənkəran rayon sakinindən heroin götürülüb
“İNFONEWS” xəbər verir.
Lənkəran rayonu ərazisində Yuxarı Nüvədi kənd sakini E.Mustafayevdən 51,827 qram heroin götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətidən bildiriblər ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Lənkəran rayonu ərazisində Yuxarı Nüvədi kənd sakini E.Mustafayevdən 51,827 qram heroin götürülüb. Davam etdirilən tədbirlərlə E.Mustafayevə narkotik vasitəni satmış Lənkəran şəhər sakini N.İbrahimov saxlanılıb və ondan 454,707 qram heroin aşkarlanıb.