“Azərbaycanfilm” Kinostudiyasının texniki bazası yenidən qurulub

“Azərbaycanfilm” Kinostudiyasının texniki bazası yenidən qurulub

“İNFONEWS” xəbər verir.

Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Bunu C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Bildirib ki, “Azərbaycanfilm” ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlarımız var.

(AZƏRTAC)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir