“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

       

“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

“İNFONEWS” xəbər verir.

“AzInTelecom” MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası” və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir.

MMC-dən bildirilib ki, bu həftə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Sənaye Korporasiyası, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə görüş təşkil olunub.

Görüşdə “Hökumət buludu Konsepsiyası”na aid istismar qaydaları, normativ əsaslar, standartlar və informasiya təhlükəsizliyi barədə iştirakçıların sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir