Formula 1 Kanada Qran-Prisini Türkiyə yürüşü əvəz edə bilər
“İNFONEWS” xəbər verir.
İyunun 13-də Monrealda keçirilməsi nəzərdə tutulan Formula 1 Kanada Qran-Prisi ikinci dəfə təxirə salınıb.
Bu barədə “Radio Kanada” məlumat paylaşıb. Məlumatda deyilir ki, Qran-Pri koronavirus pandemiyası səbəbindən keçirilməyəcək. Amma rəsmi olaraq Formula 1 rəhbərliyi yarışın ləğvini hələ təsdiqləməyib.
Kanada Qran-Prisinin Avropa traslarının birində keçirilməsi ehtimal edilir. Həmin yarış Türkiyədə keçirilə bilər.