Merkel “AstraZeneca” vaksini ilə peyvənd olunub
“İNFONEWS” xəbər verir.
Almaniya kansleri Angela Merkel koronavirusa qarşı “AstraZeneca” vaksini ilə peyvənd olunub.
Bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.
A.Merkelin vaksinin birinci dozasını vurdurduğu deyilir.
Qeyd edək ki, bir müddət əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayer həmin vaksinlə peyvənd olunmuşdu.
Almaniyada “AstraZeneca” vaksini ilə 60 yaşdan yuxarı şəxslər peyvən olunur.