SİLEYİ-RƏHM – qəlbləri bir-birinə yaxinlaşdıran və sevgiyə səbəb olan gözəl əməllərdən biridir

İNFONEWS-un dini eksperti Nurlu Əliqızı:

İmam Sadiq (ə) buyurur: “Üç şey vardır ki, məhəbbət gətirər: borc vermək, təvazökarlıq və bağışlama”

İslam dini nəinki müsəlmanların eyni zamanda bütün inanclara etiqad bəsləyən insanların cəmiyyədə bərabər ədalətlə, insafla yaşamasına həmişə əhəmiyyət verən bir dindir. Namazına diqqət etmək, əmr-be-məruf və nəhy-əz-munkər, xüms və zəkat, başqalarına ehsan etmək, xəstələri ziyarət etmək, ehtiyacı olana etinasız qalmamaq – bütün bu əməllər insanların qəlbində sevgi toxumları əkər.

İmam Cavad (ə) məhəbbəti cəlb etməklə bağlı buyurur: “Üç sifət məhəbbəti cəlb edər: insanlarla rəftarda insaflı olmaq, çətinliyə düşən zaman həmdərd olmaq, mənəviyyatla birlikdə olmaq”.

Biz insanlar həmişə istəyirik ki, çətinliyə düşdüyümüz zaman bizimlə həmdərd olsunlar və bizimlə insafla rəftar etsinlər. Bu iki sifət mənəviyyatla birlikdə olarsa, daha uzunömürlü və dəyərli olacaqdır.

Təsəvvür edin, bir-birimizə bəslədiyimiz sevgi hansısa dünya mənfəətinə görədir. Əlbəttə, bu qısa müddətli olacaqdır. Bu tip münasibətlər nəinki insanlar arasında sevgi yaradacaq, əksinə onlar arasında rabitənin qırılmasına gətirib çıxaracaqdır.

Peyğəmbər (s) buyurur: “Canım əlində olan Allaha and olsun ki, mömin olmazsanız, behiştə daxil olmayacaqsınız. Mömin olmazsınız, məgər o halda ki, bir-birinizi sevəsiniz”.

Əminliklə deyə bilərik ki, insanların işinə diqqət göstərmək, insafa riayət etmək və onlara qarşı səxavətli olmaq məhəbbətə səbəb olar. Sileyi-rəhm – qəlbləri bir-birinə yaxınlaşdıran və sevgiyə səbəb olan gözəl əməllərdən biridir. Qəblərin bir-birinə tərəf cəzb olması ailədən başlayar və qohumlara qədər gedib çıxar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir