Belçikada kütləvi mədəni tədbirlər may ayında bərpa oluna bilər
“İNFONEWS” xəbər verir.
Belçikada kütləvi mədəni tədbirlərin keçirilməsi artıq may ayında bərpa oluna bilər.
Bu barədə ölkənin Mədəniyyət Nazirliyi bildirib. Qurumda hesab edirlər ki, tədbirlərin miqyası əvvəlki dövrlə müqayisədə fərqli olacaq. Buna səbəb COVID-19 pandemiyasının hələ başa çatmamasıdır. Bununla bağlı təhlükəsizlik tədbirlərinə hələ də riayət olunmalıdır.
Nazirlik konsertlərin, tamaşaların, sərgilərin keçirilməsinin tədricən bərpası üzrə xüsusi plan işləyib hazırlayır.
Xüsusi hazırlanmış mobil əlavə mədəni tədbirlər keçirilən məkana girişdə nəzarətçilərin həmin tədbirə gələn şəxsin ətrafdakılar üçün COVID-19-a yoluxma baxımından təhlükəli olub-olmamasını müəyyən etməsinə imkan verəcək.
(AZƏRTAC)