Xəzər Universitetində “Potensial məktəb direktorları” layihəsi təlimlərinə start verildi
“İNFONEWS” xəbər verir.
Xəzər Universitetinin təşkilatçılığı ilə aprelin 21-də “Potensial məktəb direktorları” layihəsi çərçivəsində təlimlərə başlanılacaq.
Universitetdən bildirilib ki, təlimlər 3 ay müddətində həftədə 3 dəfə 8 fənn üzrə olmaqla onlayn keçiriləcək.
Təlimlər Xəzər Universitetinin müəllimləri tərəfindən aparılacaq. Sonda iştirakçılara sertifikatlar veriləcək.