Yaponiya yapon jurnalistin həbsinə görə Myanmaya etirazını bildirib

Yaponiya yapon jurnalistin həbsinə görə Myanmaya etirazını bildirib

“İNFONEWS” Azərtaca istinadən xəbər verir.

Yaponiya hökuməti Yanqonda etiraz nümayişlərini işıqlandıran yapon jurnalist Yuki Kitazuminin həbsinə görə Myanmaya etirazını bildirib.

Bu barədə aprelin 20-də Tokioda keçirilən yığıncaqda  ənənəvi mətbuat konfransı zamanı Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato məlumat verib.

“Jurnalistin həbsdə saxlanılması bizim üçün qəbuledilməzdir. Bununla əlaqədar biz Myanma tərəfinə etirazımızı bildirmişik və onun tezliklə azad olunmasını tələb edirik”, – deyə baş katib bildirib.

Xatırladaq ki, 45 yaşlı yapon jurnalist bir gün əvvəl yaşadığı evin yaxınlığında həbs olunub, həmçinin onun evində axtarış aparılıb. Y.Kitazumi hazırda həbsxanadadır. Müstəqil jurnalist ölkədə baş verənlər barədə yalan informasiya yaymaqda günahlandırılır. Təqsirli olduğu təsdiq ediləcəyi halda, onu üç ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, əvvəllər nüfuzlu “Nikkei” qəzetində işləyən Y.Kitazumi hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir