Azərbaycanda COVID-19-a yoluxan təhsil işçilərinə maliyyə dəstəyi göstərilir

Azərbaycanda COVID-19-a yoluxan təhsil işçilərinə maliyyə dəstəyi göstərilir

“INFONEWS” xəbər verir.

Azərbaycanda koronavirus infeksiyasına yoluxan təhsil işçilərinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən maliyyə dəstəyi göstərilir.

“Report”un əldə etdiyi məlumata görə, bunun üçün təhsil işçisi COVID-19-a yoluxduğu barədə tibbi arayışı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rayon üzrə bölmələrinə təqdim etməlidir.
Azad Həmkarlar İttifaqı Konfederasiyasından   cavab olaraq bildirilib ki, əvvəllər müraciət edənlərin az olacağı proqnozlaşdırılsa da, son dövrlər yoluxma sayında artım qeydə alınır:
“Məktəbin həmkarlar ittifaqının büdcəsindən asılı olaraq maliyyə imkanları daxilində virusa yoluxan təhsil işçilərinə kömək etməyə çalışılır. Müraciət edən kimsəyə yox deyilmir”.
Qeyd olunub ki, əvvəllər COVID-19-a yoluxan təhsil işçiləri üçün 300 manat məbləğində maddi dəstək göstərilməsi qərarı verilmişdi:
“Yoluxanların sayı artdığından sonrakı qərarla bu rəqəm aşağı salındı. Təhsil müəssisələrinin büdcəsindən asılı olaraq həmin məbləğ 170, 150, 100 və 50 manat da olur. Bu günə qədər minlərlə təhsil işçisinə müəyyən məbləğdə maddi dəstək göstərilib və proses bu gün də davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir