Tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr onlayn formatda keçiriləcək

Tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr onlayn formatda keçiriləcək.

“INFONEWS” xəbər verir.

Tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr COVID-19 pandemiyasına görə ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu nəzərə alınaraq ancaq onlayn formatda təşkil olunacaq.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilir. Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, fikrini sadə formada bildirməyi bacarır, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir