Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib

Nazirliyin vəzifəli əməkdaşı COVID-19-dan vəfat edib.

“INFONEWS” xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov vəfat edib.

O, bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, Q.Həsənov 1972-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, 23 il ərzində bir sıra sığorta şirkətlərində çalışıb.

Q.Həsənov 2017-ci ilin may ayından 2020-ci ilin sonuna kimi isə “Atasığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini və birinci müavini vəzifəsini tutub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir