İndiyədək “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən çıxarılan neft-qaz həcmləri açıqlanıb.
“INFONEWS” xəbər verir. Bu
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il aprelin 1-dək təqribən 561 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyində AÇG-dən 530 milyon ton xam neft, “Şahdəniz”dən isə 31 milyon ton kondensat çıxarılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il aprelin 1-dək təqribən 560,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.
Yataqlar istismara veriləndən aprelin 1-dək “Azəri-Çıraq-Günəşli”dən 180 milyard kubmetr, “Şahdəniz”dən isə 140 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 95 milyard kubmetri ixraca göndərilib.