Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı: “Başsağlığına gedəcəyəm”

Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı: “Başsağlığına gedəcəyəm” 

“INFONEWS” xəbər verir

Bir həftə əvvəl – aprelin 15-də Abşeron rayonu, Məmmədli (Məhəmmədi) kəndində yaşayan 13 yaşlı Nəbiyev Nihad Nicat oğlunun ehtiyatsızlıqdan öldürülməsi xəbəri eşidənləri sarsıtdı. Yeri gəlmişkən hadisə aprelin 7-də baş verib, Nihad Nəbiyev hadisədən 8 gün sonra – aprelin 15-də 3 saylı şəhər klinik xəstəxanasında vəfat edib.

Məlum olub ki, Nəbiyevlər ailəsi hazırda evdə deyil. Onlar doğma Tovuz rayonuna mərhum Nihad Nəbiyevin yasını keçirtmək üçün gediblər.

Qonşulardan öyrənirik ki, Nihad üçuşaqlı ailənin böyük oğludur. O, Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin 6-cı sinif şagirdi imiş.

Hadisəni ehtiyatsızlıqdan törətmiş, hazırda polis nəzarətində olan  mərhumun həmkəndlisi, 63 yaşlı Sücəddin Rzayev isə evdə idi. O, kamera qarşısında danışmaq istəməsə də, hadisə ilə bağlı detallı məlumat verdi.

Kiçik fermer təsərrüfatı olan Rzayevin sözlərinə görə, Məmmədli kəndində sahibsiz küçə itləri çoxdur:

“Üzüm bağımıza ziyan vurmasınlar deyə ərazidə ov tüfəngi ilə atəş açdım. Daha sonra kolların arasından bir nəfərin yerə yıxıldığını gördüm. O, kolluqda gizlənib siqaret çəkirmiş. Yaxınlaşdım gördüm ki, bu, Nihaddır. O, yerdə idi…”

Hadisədən son dərəcə peşmançılıq keçirərək sarsılan S.Rzayev deyir Nihadın ailəsi ondan şikayətçi olmayıb:

“Ailəsini tanıyıram, atası Nicat dostumdur. Uşaq gözlərimin qabağında böyüyüb… Sabah Nihadın yeddi mərasimidir. Tovuza başsağlığına gedəcəyəm”.

(Report.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir