“Xalq artisti Arif Quliyevin ölməsi ilə bağlı məlumatlar yalandır”
“İNFONEWS” xəbər verir.
Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbəri yalandır.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildiriblər.
Məlumatda bildirilib ki, koronavirus infeksiyasına yoluxan A. Quliyevin müalicəsi davam etdirilir: “Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti “Yeni Klinika”da müalicə olunur”.
Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.