Bakıdakı Dünya Kuboku ləğv edildi
“İNFONEWS” xəbər verir.
Bakıda keçiriləcək güllə və stend atılıcılığı üzrə 2021-ci il Dünya Kuboku ləğv edilib.
Buna səbəb Azərbaycanda koronavirusa yoluxanların sayının artması göstərilib.
Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının açıqlamasında bildirilib ki, təəssüf doğursa da, qərar idmançıların sağlamlığını qorumaq üçün verilib.