Bakı Gənclər Mərkəzinin ilk gənclər jurnalı işıq üzü gördü

Bakı Gənclər Mərkəzinin ilk gənclər jurnalı işıq üzü gördü

Gənclər siyasətini uğurlu şəkildə həyata keçirən, gənclərə xüsusi diqqət və dəstəyi ilə seçilən Bakı Gənclər Mərkəzi daha bir yeniliyi ilə gəncləri sevindirdi.

Mərkəzdən “İNFONEWS”-a verilən məlumata görə “Biz Gələcəyin Mənbəyiyik” adlı jurnalın birinci buraxılışı oxucuların ixtiyarına verilib.

Jurnalda Bakı Gənclər Mərkəzinin 1 illik fəaliyyət dövrünü əhatə edən maraqlı layihələr və tədbirlər, o
cümlədən gənclərin inkişafına dəstək olan inkişaf məktəbləri, maraq klubları, könüllülük fəaliyyəti və s.
digər fəaliyyətlər haqqında geniş məlumatlar öz əksini tapmışdır.
Nəfis tərtibat ilə dərc olunan jurnal maraqlı foto şəkillərlə əhatə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir