Daha bir sayğac oğrusu yaxalanıb
“İNFONEWS” xəbər verir.
“Azəriqaz” İB-nin şikayəti əsasında daha bir sayğac oğrusu məsuliyyətə cəlb olunub.
İB-dən bildirilib ki, 1989-cu il təvəllüdlü Qurbanov Hafiz Kazım oğlu cinayət məcəlləsinin 177-ci maddəsinin tələbləri əsasında cəzalandırılıb. O, Nəsimi rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Regional Qazın Satışı Departamentinin Hüquq şöbəsinin rəisi Röyal Süleymanov bildirib ki, oğurluq etməklə İB-yə ziyan vurmuş həmin şəxs barəsində məhkəmənin 2021-ci il martın 11-də qəbul olunan hökmü artıq qanuni qüvvəsini alıb.
Onun sözlərinə görə bundan sonra da “Azəriqaz” İB-yə məxsus əmlak oğurlandığı təqdirdə dərhal hüquq-mühafizə orqanlarına müraciət ediləcək.