Azərbaycanla Gürcüstanın enerji əməkdaşlığına dair müzakirələr aparılıb
“İNFONEWS” xəbər verir.
Tbilisidə səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev mayın 1-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə Gürcüstan hökuməti dəftərxanasından məlumat verilib.
Görüşdə iki ölkə arasında iqtisadi sahədə, xüsusən də enerji sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
SOCAR-ın Gürcüstanda həyata keçirdiyi investisiya layihələri müzakirə edilib. Gürcüstanın SOCAR-la uğurlu əməkdaşlığı xüsusi qeyd olunub.
Görüşdə “SOCAR Energy Georgia”nın baş icraçı direktoru Mahir Məmmədov da iştirak edib.
(AZƏRTAC)