“Biz Birlikdə Güclüyük!” şüarı altında Azərbaycan Gənclərinin IX Forumunun Lənkəran-Astara zonası üzrə Cəlilabad rayonunda zona toplantısı keçirildi

“Biz Birlikdə Güclüyük!” şüarı altında Azərbaycan Gənclərinin IX Forumunun Lənkəran-Astara zonası üzrə Cəlilabad rayonunda zona toplantısı keçirildi
İNFONEWS xəbər verirki, Dekabrın 17-də “Biz Birlikdə Güclüyük!” şüarı altında Azərbaycan Gənclərinin IX Forumunun Lənkəran-Astara zonası üzrə Cəlilabad rayonunda keçirilmiş zona toplantısında Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Pərvin Quliyeva iştirak ediblər.
300 nəfərdən çox gəncin iştirakı ilə keçirilmiş zona toplantısını Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov açaraq, Azərbaycan Gənclərinin IX Forumunun Lənkəran-Astara zonası toplantısının mahiyyətindən söz açdı. Rəsmilər toplantıda iştirak edən gənclərə dəyərli tövsiyələrini verdilər.Astara rayonundan qazi Rüfət Əsədullayev, Biləsuvar rayonundan Əminə Əhmədzadə, Cəlilabad rayonundan Dürdanə Əliyeva, Lənkəran şəhərindən Elnarə Miriyeva, Lerik rayonundan Xəyal İbrahimzadə, Masallı rayonundan Könül Qənbərova , Neftçala rayonundan Fərhad Baxışov, Salyan rayonundan Günel Yaqubova və qazi Murad Feyziyev, Yardımlı rayonundan Nurlan Hüseynzadə toplantıda çıxış etdilər.Zona toplantısında Lənkəran-Astara zonası üzrə Azərbaycan Gənclərinin IX Forumuna 110 nümayəndə seçildi. Tədbir Zona Toplantısının Qətnaməsinin qəbulu ilə başa çatdı.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir