Əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti uğurla davam etdirilir
”İNFONEWS” xəbər verir.
“Naxçıvan” Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən bildirilib ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.
Sonra universitetin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti” mövzusunda çıxış edib. Bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, “Naxçıvan” Universitetinin prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən çıxışlar ediblər.
Sonda ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın birgə portretlərini çəkərək universitetə hədiyyə edən “Naxçıvan” Universitetinin tələbəsi Bəyim Əlizadə təşəkkürnamə ilə təltif olunub.