İtaliya gimnastı Aleksandra Acurcukukuleze Bakıda keçirilən dünya kuboku yarışlarında fərqlənib
”İNFONEWS” xəbər verir.
İtaliya idmançısı Aleksandra Acurcukukuleze Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında fərqlənib.
İtaliyalı idmançının top ilə çıxışı hakimlər tərəfindən 26,350 xalla qiymətləndirilib və bu da qızıl medal üçün yetərli olub. Eyni – 26,100 xala malik Rusiya təmsilçisi Daria Trubnikova və Boryana Kaleyn (Bolqarıstan) ilk üçlükdə yer alıblar.
“Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.